Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 11:25:00
Türkiyədə məktəblər bu tarixdə AÇILACAQ – Prezident AÇIQLADI

Koronavirusa görə dünyanın əksər ölkəsində olduğu kimi, Türkiyədə də ənənəvi təhsilə bir müddət ara verildi.

 

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, virusun yayıldığı mart ayından etibarən məktəblər fəaliyyətini dayandırdı və şagirdlər təhsillərini “TRT EBA TV” üzərindən yayımlanan onlayn dərslərlə davam etdirməyə başladılar.

 

İyun ayında isə distant təhsil başa çatdı və milyonlarca şagird öz gündəliklərini e-məktəb vasitəsilə əldə etdilər.

 

Bəs maraqlıdır, görəsən, yeni sezonda təhsil müəssisələri nə vaxt açılacaq?

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, məktəblər həmişə olduğu kimi sentyabr ayında fəaliyyətə başlayacaq:

 

“Təhsil Nazirliyinin nəzdində onlayn dərsləri bitirmək qərarına gəldik. Yeni tədris ili sentyabrda başlayacaq”.

 

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyinin təqviminə əsasən, məktəblərin 7 sentyabrda açılması gözlənilir.