Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 12:45:00
Azərbaycanda alim koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA

AMEA Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda koronavirusun yayılması ilə bağlı iddialar yayılıb.

 

Bildirilib ki, AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədov koronavirusa yoluxub, vəziyyəti ağırdır.

 

AzEdu.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. 

 

Alim bir həftə evdə müalicə alıb, vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Süni tənəffüs cihazına qoşulacağı gözlənilir.

 

Bildirilir ki, institutun laboratoriya otağı iki həftəlik bağanıb, dezinfeksiya edilib.

 

Neft-Kimya Prosesləri İnstitutundan Oxu.Az-a bildirilib ki, hazırda Ziyafəddin Əsədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alır:

 

“Laborotoriya otağının iki həftə bağlanması ilə bağlı məlumat düzgün deyil. İşçilərin çoxu məzuniyyətdədir. Kim məzuniyyətdə deyilsə, işə gəlir. İş davam edir, hamı maska ilə içəri daxil olur. İnstitutun işçisi olmayan şəxslərin buraya daxil olması qadağandır”.

 

“Hər gün iş bitdikdən sonra institutda dezinfeksiya işləri aparılır”, - deyə məlumatda qeyd edilib.