Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-14 12:33:00
Yaponiyanın kosmosa buraxdığı raket qəzaya uğradı - Son dəqiqə

Yaponiyanın “Interstellar Technologies” şirkəti tərəfindən kosmosa buraxılan raket qəzaya uğrayıb.

 

AzEdu.az  xəbər verir ki, Hokkaydo prefekturasında yerləşən şirkət mini raketi yerli vaxtla səhər saat 5:15 dəqiqədə Tayki şəhərindəki ərazisindən buraxıb.

Şirkətin yaydığı məlumata görə, raketin mühərriki startdan təqribən bir dəqiqə sonra qəzaya görə dayanıb və raket dənizə düşüb.

 

İlkin təhlilə görə, raketin təqribən 11 kilometr yüksəkliyə qalxdığı bildirilir. Raketin uçuşunu əks etdirən kadrlarda onun dənizə tərəf əyildiyi aydın görünür.

“Momo-5” adlanan raketin hündürlüyü 10 metr, diametri 50 santimetrdir. Bu ölçülər ötən ilin iyulunda buraxılan dördüncü raketlə eynidir.

 

Qeyd edək ki, bu, “Momo” raketinin sayca beşinci buraxılışı idi. Yalnız ötən ilin mayında buraxılan üçüncü raket qarşıya qoyulan məqsədi həyata keçirərək 100 kilometr hündürlüyə qalxıb.