Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 15:27:00
Yaşı 65-i keçən bu qədər  müəllimlə müddətli müqavilə bağlanılıb-RƏSMİ

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

 

Eyni zamanda, 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

 

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.