Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 17:49:00
Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur - RƏSMİ

“6 və 7 iyun tarixlərində nəzərə  tutulan buraxılış imtahanları 10, 11 iyun tarixlərinə keçirilib”.

 

 AzEdu.az  xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Şöbə müdiri deyib ki, TƏBİB tərəfindən imtahanlarla bağlı müvafiq qaydalar hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib:

 

“İmtahanlar zamanı valideynlər sosial məsafəni gözləməlidirlər. Şagirdər və valideynlərin koronavirusla bağlı test olunub-olunmayacağı barədə çox sayda suallar verilir. Bu, nəzərdə tutulmayıb.  Xəstəlik əlamətləri olan şəxslər, tibb işçiləri, xaricdən gələnlər, koronaviruslu xəstələrlə təmasda olanlar test olunur. Abituriyentlər və valideynlərin test olunması  isə nəzərdə tutulmayıb”.