Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-23 18:00:00
ADNSU-da enerji mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar” və “Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi” mövzularında video-seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun 100 illiyinə həsr olunan  tədbirlər planı çərçivəsində keçirilən onlayn seminara bir sıra dövlət qurumlarınının nümayəndələri, universitetin professor-müəllim heyəti və magistrant tələbələr qatılıblar. 

 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini, ADNSU-nun “Enerji istehsalı texnologiyaları” kafedrasının müdiri, professor Nurəli Yusifbəyli  Azərbaycan Elektroenergetika Sistemlərinin  (EES) inkişaf trendlərindən danışıb. Bildirib ki, ölkəmizdə son illər iqtisadiyyat yönümlü sahələrin sürətlə inkişaf etməsi bu sahənin də yeni bir mərhələyə çatmasına təkan verib. Təsadüfi deyildir ki, bu gün Azərbaycan elektroenergetika sahəsində bu istiqamətdə ciddi uğurlar qazanıb,  qabaqcıl dövlətlərlə əməkdaşlıq edir və onların təcrübəsindən yararlanır.

 

O, əlavə edib ki, bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar, alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi , eləcə də  əldə olunan yeniliklər bu sahənin əsaslı inkişafında daha böyük perspektivlər vəd edir.

 

Video-seminarda University of Rostock, Germany Institute of Technical Thermodynamics Dr.Javid Səfərov, Founding and Academic Director of Executive Master Program in Renewable Energy Technologies and Management Professor (Associate) Şəhriyar Nəsirov qeyd olunan mövzularla bağlı  çıxış ediblər.