https://www.zirve.edu.az/
22.05.2020 16:26
"Azərbaycan məktəbi" (Azerbaijan Journal of Educational Studies) jurnalının iki əlavəsi müstəqil formatda və yeni dizaynda çap edilir
Çap et

AzEdu.az xəbər verir ki, bunu “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf şəxsi facebook səhifəsində yazıb. O, həmin çap məhsulunun ölkənin təhsil sistemində tutduğu yerdən söz açıb. “Təhsil Nazirliyinin apardığı mütərəqqi islahatların nəticələrindən biri də elm və təhsilin vahid koordinasiyasının təşkili, eləcə də TN-nın elmi jurnallarının beynəlxalq standartlara uyğun yenidən hazırlanılması və indekslərdən keçirilməsi ilə bağlı idi. Bu sahədə görülən işlər və elmi məqalələrin yüksək səviyyədə yeni dizayn edilmiş jurnallarda nəşri ilə bağlı başlanan proses öz axarı ilə ciddi şəkildə davam edir. Təshilin bütün sahələrini əhatə edən "Azərbaycan məktəbi" (Azerbaijan Journal of Educational Studies) jurnalının iki əlavəsi yeni dizayn və formatda çap edilir. Ümid edirik ki, bu çap məhsulu öz sələfləri kimi təhsilə daha yaxından adaptasiya olunacaq və onun həllində öz elmi əsaslandırılmış arqumentləri ilə fəal çıxış edəcək”. Rahil Nəfəc jurnalın beynəlxalq müstəvidəki yerindən söz açıb. “Bu jurnalda yerli alimlərlə yanaşı ölkə xaricindən də nüfuzlu elm adamlarının məqalələri nəşr edilir ki, bu da birmənalı olaraq Azərbaycan elminin uğurudur. Beynəlxalq indeksli elmi jurnalların sayının artması Azərbaycan üçün olduqca vacib və zəruridir, çünki onlar ölkənin beynəlxalq müstəvidə elmi simasını təşkil edir. Azərbaycanın impakt faktorlu elmi jurnallarının sayı az olsada ümid edirik ki, yaxın on ildə bu sahədə mövcud statistik göstəricilər inanılmaz dərəcədə dəyişəcək, və bizim reytinqli jurnallarımız Clavirate Analytics- in elmmetrik bazası olan Web of Knowledge -də indekslənəcək”

Şükufə Süleymanlı
Müəllifin digər yazıları