Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 15:53:00
BMU-da İnformasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaq

Bakı Mühəndislik Universitetinin (BMU) 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planına daha bir vacib ixtisas əlavə olunub.

 

AzEdu.az əbər verir ki, qəbul planında təsdiqlənən yeni ixtisaslar sırasında İnformasiya təhlükəsizliyi ixtisası da yer alıb.

 

BMU-da İnformasiya təhlükəsizliyi ixtisasının keyfiyyətli tədris olunması, eyni zamanda, yüksək ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən maddi-texniki baza, tədris-metodiki imkanlar və elmi-pedaqoji kadrlar vardır.Belə ki, BMU-nun İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisasında oxuyan tələbələri mötəbər beynəlxalq, eləcə də yerli müsabiqələrdə, layihələrdə uğurlu nəticələr qazanıblar. Bu ixtisaslar üzrə məzunlarımızın iş bazarında yüksək rəğbətlə qarşılanması və yaxşı iş imkanları əldə etmələri onu göstərir ki, BMU-nun informasiya texnologiyaları yönümlü ixtisaslarında tədris yüksək keyfiyyətdə təşkil olunur və güclü kadrlar hazırlanır. Yeni yaranan İnformasiya təhlükəsizliyi ixtisasının əksər fənlərinin İnformasiya texnologiyaları ixtisasının bazasında qurulduğunu nəzərə alsaq əminliklə vurğulamaq olar ki, bu sahədə yüksək ixtisaslı mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlər, imkanlar və onları hazırlayacaq kadrlar mövcuddur.

 

Ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://www.beu.edu.az/az/article/bmu-da-informasiya-tehlukesizliyi-uzre-yuksek-ixtisasli-kadrlar-hazirlanacaq-421