https://www.zirve.edu.az/
22.05.2020 14:21
Məktəblilərdən maraqlı təşəbbüs və cəlbedici çıxış
Çap et

Paytaxt məktəbliləri növbəti dəfə "Evdə qal, istedadını göstərməkdən qalma!" çağırışı ilə öz bacarıqlarını nümayiş etdiriblər.  Belə ki, Bakı şəhəri 279 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Süleymanovanın təşkilatçılığı ilə II sinif şagirdləri "Bayatılar" mövzusunda maraqlı videoçarx hazırlayıblar.

 

 AzEdu.az  xəbər verir ki, Videoçarxda mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar evdə təhsillərini davam etdirən məktəblilər bayatılarımızı fərqli obrazlarda təqdim edirlər. Vətən məhəbbəti, qürbət sıxıntısı, ayrılıq mövzularında bayatılar söyləyən məktəblilər özünəməxsus geyimləri ilə maraqlı görüntülər yarada biliblər. Videoçarxın hazırlanmasının əsas məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, məktəblilər arasında milli-mənəvi sərvətlərimizin əsas hissəsini təşkil edən xalq yaradıcılığının parlaq janrlarından biri olan bayatının öyrənilməsi və təbliğ edilməsindən ibarətdir. Bu ideyalara digər məktəblərin də təşəbbüs göstərməsi yaxşı bir ənənənin formalaşmasına səbəb ola bilər.

 

 Qeyd edək ki, bundan öncə də paytaxt məktəblilərinin təşəbbüsü ilə şagirdlər müxtəlif mövzularda maraqlı videoçarxlar hazırlayıblar.

VIDEO