Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 16:00:00
Nə üçün onlayn dərslərdə daha yaxşı öyrənirlər?-Şagird danışdı

Növbəsiz danışmaq. Sinifdəki alətlərə zərər vermək. Bir-birini itələyən, yıxan, bəzi vaxtlarda müəllimlərə hörmətsizlik edən şagirdlər...

 

Zarafat etdiyimi düşünə bilərsiniz, amma bunlar hər gün məktəbdə gördüklərimdir.

 

Bu davranışların ibtidai sinif şagirdinə aid olduğunu düşünə bilərsiniz, lakin yaşım çoxdur və Nyu-yorkda liseyə getmək üzrəyəm. 23 martdan başlayaraq onlayn dərslərə qatılıram və normal sinif dərslərindən daha yaxşı öyrəndiyimin fərqindəyəm. Diqqətimi dağıdan şagirdlər və bu şagirdləri idarə etmədə çətinlik çəkən müəllimlər olmadan sürətli şəkildə dərslərimi öyrənirəm. Müəllimlərin işi heç də asan deyil. Məktəbdə siniflərində hakimiyyətləri güclü olan, qaydalara dəqiqliklə əməl edən, şagirdlərə tərəfsiz davranan və onların hörmətini qazanan bir neçə müəllim gördüm. Uzaqdan təhsil diqqət tələb edir. Dərsə məsuliyyətlə və fərqli prizmadan yanaşan sinif yoldaşlarımla  onlayn görüşmələr edirəm. Bu görüşmələr zamanı bir-birimizə meydan oxuyuruq və biliklərimizi paylaşırıq.

 

Müəllimlərimin sosial şəbəkədəki dərslərini izləyirəm. Bu il riyaziyyat fənni ilə  bağlı problemlərim oldu. Müəllim dərsin üçdə birini şagirdləri sakitləşdirməyə sərf etdiyi üçün sualları cavablandırmağa səbri qalmırdı. Distant təhsildə isə boşa keçən zaman olmur. Lazım olanda videonu saxlayıram, qeydlər edirəm və təkrar izləyirəm. Uzaqdan təhsildə məktəbdəkindən daha yaxşı öyrənməyim təhsil sistemimizdə problem olduğunu göstərir.

 

Distant təhsildən nə öyrənə bilərik və məktəblər açılanda nələri orada tətbiq edə bilərik?

 

Bir neçə təklifim var. Siniflərdə kamera quraşdırılsın və dərsdən sonra video material şagirdlərə göndərilsin. Müəllimlər “onlayn çalışma saatı” fikirləşib həftədə bir dəfə şagirdlərlə bunu etməlidirlər. (Bu yazılanları amerikalı şagird danışdı)

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları