Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 15:22:00
Özəl təlim-tədris  müəssisələri yayda fəaliyyət göstərə bilərmi?- RƏY

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə martın 3-dən ümumtəhsil müəsissələrində fəaliyyət dayandırılıb.

 

Övladlarını bağçalara göndərən valideynləri maraqlandıran məsələ yayda  özəl bağçaların fəaliyyətini bərpa edib etməyəcəyi ilə bağlıdır.

 

Bu barədə AzEdu.az-a danışan Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzər Cəfərova  mülkiyyət növündən asılı olmayaraq bütün təlim-tədris müəssisələrinin dövlətin qərarlarına əsasən fəaliyyət göstərdiyini qeyd edib.

 

“İstər özəl, istər də dövlət bağçaları koronavirus təhlükəsinin yayılmaması məqsədini güdür. İmkanı olan valideynlər övladlarını özəl, digərləri də dövlət bağçalarına qoyur. Birinin işləyib, digərinin işləməməsi nə dərəcədə doğru olar? Yəni bu, dövlət siyasətinə də ziddir.  Çünki  dövlət və ya özəl  istər  ali, orta, istərsə də  orta məktəblərin heç biri fəaliyyət göstərmir.  Dövlət hansı qərarı qəbul etsə, ona əməl olunmalıdır. Belə məsləhət görülübsə, özəl  bağçalarda da tədris-təlim  olmayacaq. Çünki bu müəssisəyə də uşaqlar gedir. Dövlət bağçalarında qrupda maksimum 20 , özəl bağçada isə 15 uşaq nəzərdə tutulur, yəni elə də çox fərq yoxdur.  Heç kim uşaqların xəstələnməməsinə görə sığortalanmayıb. 

 

Mənə elə gəlir ki, dövlət nə vaxt ümumtəhsil müəssisələrində fəaliyyətin bərpası ilə bağlı qərar qəbul etsə, o zaman bağçalarda da iş başlamalıdır”.

 

Laləzar müəllim karantindən öncə bağçaların yayda normal fəaliiyətini də xatırladıb.

 

“Dövlət bağçaları il boyu fəaliyyət göstərir, sadəcə tərbiyəçilər növbə ilə məzuniyyətə gedirdilər. Hər bir müəssisənin də ehtiyatda olan tərbiyəçisi olurdu və məzuniyyətə gedənin yerində işləyirdi. Yəni il boyu uşaqların məktəbəqədər müəssisələrə davamiyyəti davam edirdi. Amma özəllərin əksəriyyəti əsasən avqust ayı işləmirdilər.  Çünki valideynlər özləri məzuniyyətə çıxanda bağçaya əlavə xərc ödəməyib uşaqları göndərmirdilər.  Özəllərdən bəlkə də istisna hal kimi yayda da işləyən bağçalar var, amma mənim bildiyim qədərilə hətta iyun ayından sonra işləməyən özəl bağçalar var. Dövlət bağçaları isə ödənişsiz olduğuna görə ilboyu fəaliyyət göstərir”.