https://www.zirve.edu.az/
16.05.2020 14:45
İki şagirdin layihəsi beynəlxalq müsabiqədə diploma layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi və Naxçıvan  Təhsil Nazirliyi tərəfindən baş tutan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində qurumun elmi əməkdaşlarının rəhbərliyi altında həyata keçirilən mövzular arasında dilçilik sahəsi də uğurla təmsil olunur.

 

AzEdu.az xəbər verir ki, layihə iştirakçılarından  Naxçıvan şəhər 8 №li tam orta məktəbin VIIIa sinf şagirdləri- Suay Qasımlı və Suat Qasımlının yerinə yetirdikləri “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı tədqiqat işi bu günlərdə Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Şagird elmi tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diploma layiq görülüb.

 

Layihənin rəhbəri Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl isə Rusiya Təbiətşünaslıq Akademiyasının Beynəlxalq Tədqiqatçı, Müəllim və Mütəxəssislər Assosiasiyası tərəfindən pedaqoji sahədə innovativ tədqiqatların aparılmasındakı uğurlu fəaliyyətinə görə “Şəhadətnamə” ilə təltif edilib.

 

Qeyd edək ki, “Şəhadətnamə”ni Rusiya Təbiətşünaslıq Akademiyasının prezidenti M.Y.Ledvanov imzalayıb.