Azedu.az

"Tələbə oxunaqlı xəttlə yazmayanda müəllim də əsəbiləşir" - Abel Məhərrəmovdan irad  

Ali təhsil

29 May 2018, 15:43

Bu gündən Bakı Dövlət Universitetində dövlət imtahanlarına start verilib.

AzEdu.az xəbər verir ki, ilkin olaraq 5 fakültənin tələbələri cəlb olunduğu imtahan saat 11:00-da başlayıb və 14:00-da başa çatıb. İmtahan Bakı  Dövlət Universitetinin  əsas  binasında təşkil olunub.

Tələbələri və imtahan nəzarətçilərini qəbul edən Bakı  Dövlət  Universitetinin rektoru, akademik Abel Məhərrəmov bir sıra məsələlərdə tələbələri və müəllimləri diqqətli olmağa çağırıb:

“Əziz imtahan nəzarətçiləri, tələbələrə yaxşı davranın. Onların üzərinə səsinizi qaldırmayın. Bir-birinizlə ünsiyyətdə etik normaları  pozmayın. İmtahan nəticələrini yoxlayan müəllimlər isə hər tələbəyə 1 bal artıq yaza bilərlər. Bəzən tələbələr oxunaqlı xəttlə yazmırlar və bu obyektiv nəticəyə təsir edir. Bu zaman həmin yazını yoxlayan müəllim də əsəbiləşir. Ona görə də normal xəttlə yazın ki, müəllim qiymət artırmaq əvəzinə, balınızı kəsməsin”.

Qeyd edək ki, Bakı  Dövlət Universitetində yay imtahan sessiyası iyun ayının əvvəlindən start götürəcək.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox