Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 12:51:00
RTŞ müdiri İmişli təhsilinin uğurlarından danışdı 

“Son zamanlar respublikamızda müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri fəal iştirak edir və fəxri yerlərə layiq görülürlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev deyib. O, son aylar İmişlidə təhsil sahəsində bir çox uğurların əldə edildiyini vurğulayır.

 

“Aprelin 5-də Azərbaycan Respublikasının regionlarında və paytaxtda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında keçirilən “Evdə qal, evdə yaradaq” onlayn respublika yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlərin müxtəlif nominasiyalar üzrə evdə gördüyü işlər və rəsm əsərləri təqdim olunub. İmişli UGİM-nin kollektivi də burada təmsil olunub və 5 şagirdimiz qalibi seçilib. Onlardan Şəbnəm Mikayılova 12 yaş qrupunda bədii qiraət üzrə 2-ci, Aytac Muradzadə əl işi üzrə 3-cü , Sunay Mustafazadə və Xədicə Nəsirova əl işi üzrə həvəsləndirici yerə layiq görülüb.

 

 Həmçinin, Uşaq-Gənlər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında “Gələcək namizə birlikdə” onlayn respublika müsabiqəsi keçirilib. Burada İmişli UGİM-nin üzvləri də iştirak edib. Onlardan Aysel Xanlarzadə 3-cü yerə layiq görülüb”.

 

RTŞ müdiri rayon şagirdlərinin müsabiqələrdə iştirak etməyə həvəsli olduğunu qeyd edir.

“Bir birlikdə güclüyük” onlayn rəsm müsabiqəsində UGİM-nin dərnək üzvü Nərmin Əliyeva təşəkkürnamə ilə təltif olunub. Beynəlxalq Türk mədəniyyəti və İrs Fondu tərəfindən “Dünyamızı qoruyaq, türk dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Şagirdlərimizdən bir nəfərin sənədləri müsabiqədə iştirak üçün göndərilib. İnanırıq ki, o, fəxri yerlərdən birini tutacaq. Ümumtəhsil məktəbləri ilə birlikdə UGİM-nin dərnək üzvləri və eyni zamanda mərkəzin rəhbəri Nuridə Miriyeva da bu işlərdə yaxından iştirak edir.

 

 Bütün bunlar onu göstərir ki, son vaxtlar respublikamızda müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə UGİM-nin üzvləri fəal iştirak edir və fəxri yerlərə layiq görürürlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları