Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 11:30:00
"Şagirdlərimə olan sevgim mənə bunu da öyrətdi"- Müəllimdən dövrün tələbinə RƏY

“Etiraf edim ki, onlayn dərs keçmək mənim üçün asan olmadı, amma biz birlikdə güclüyük”

Bunu AzEdu.az-a açıqlamasında Quba rayon Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin biologiya müəllimi Lalə Məmmədova deyib.

O,  şagirdlərini onlayn dərslərə cəlb edə bildiyini vurğulayıb.

 

“Artıq 2 aydır onlayn dərs keçirəm. Əsas tapşırıqları mövzu üzərində keçsəm də, müzakirəyə yer ayırıram,  əvvəl danışdıqca fikirlərini izah etməkdə  çətinlik  çəkirdilər, lakin bu, 10 gündən sonra zamanla tənzimləndi. Etiraf edim ki, mənim üçün də asan olmadı, amma biz birlikdə güclüyük. Bacardıq.

 

 Müxtəlif proqramlar üzrə onlayn dərs keçməyə 89 şagirdlə başlasam da , hazırda bu rəqəm 112 şagirdi əhatələyir. Ümumi 125 şagirddən 112 nəfər çox yaxşı nəticədi. Digər 13 nəfəri ilə fərdi WhatsApp üzərində müxtəlif saatlarda dərsə davam edirəm. Fənnim üzrə bütün şagirdlərimlə əlaqəm var.

 

Xüsusi qiymətləndirmə etmirəm. Amma müxtəlif proqramlar sayəsində ilk beşlik, həftənin qalibi kimi oyun- testlər etməklə şagirdə özü özünü qiymətləndirmə imkanı yaradıram. O, bu suallara cavab verməklə özünün zəif və güclü tərəflərini görmüş olur. Çünki elə testlərdə zaman saniyə ilə ölçülür və bu da köçürmə və ya digər neqativ müdaxiləyə şərait yaratmır”.

“Tədris ilinin proqramını iyun ayınacan tam mənimsədilmiş halda yekunlaşdırmağı hədəfləmişik

 

Lalə müəllimin sözlərinə görə, onun da şagirdləri onlayn dərsə qoşulsalar da, texniki səbəblərdən əziyyət çəkirlər.

“Əziyyətimiz internetin zəif olması, əksər şagirdlərimin meqabaytla  dərslərə qoşulmasından  ibarətdir. Maddi baxımdan əlverişli deyil.

Lakin nəticə olaraq bu tədris ilinin proqramını iyun ayınacan tam mənimsədilmiş halda yekunlaşdırmağı hədəfləmişik”.

“Distant təhsil yeni və daha keyfiyyətli ali təhsil mərhələsinin başlanğıcı ola bilər”

O, distant təshilin müasir dövr üçün əhəmiyyətini də diqqətə çatdırıb.


“Onlayn dərslər, dolayısıyla distant təhsil koronavirus pandemiyası dövründə bütün dünyada təhsil sistemini çökməkdən xilas edən yeganə təhsil forması kimi özünü təsdiqlədi. Bu gün müzakirə olunmalı məsələ distant təhsilin necə təşkil və tətbiq edilməsidir.

Distant təhsil yeni və daha keyfiyyətli ali təhsil mərhələsinin başlanğıcı ola bilər. Bu təhsil forması   ənənəvi təhsillə   müqayisə   olunmamalıdır. O, tamamilə   fərqli   təhsildir. Bizdə müəllimlərin bir qismi buna hazırdır. Digərləri isə öyrənməyə belə cəhd etmir.

Əlbəttə razılaşıram ki,  məktəbdə təhsil daha canlı və daha praktik tədris olunur. Hazırki şəraitdə ən azı onlayn  formada evlərə qonaq olub, dərsimizi axsatmadan davam edə biliriksə, məncə, bu təhsil üçün edə biləcəyimizi əsirgəməməkdir”.

 

“Daha öncə onlayn dərs keçməmişdim, təcrübəm yox idi.  Lakin şagirdlərimə olan sevgi və məsuliyyət hissi mənə bunu da öyrətdi”-deyə bilologiya müəllimi L. Məmmədova sözlərinə əlavə edib.