https://www.zirve.edu.az/
05.05.2020 15:20
Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsi başa çatdı
Çap et

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün mayın 1-dən 3-dək  Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən "Virtual Hackathon - 2020" müsabiqəsi başa çatıb. 

 

 AzEdu.az xəbər verir ki, "Biz birlikdə güclüyük" adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

 

Müsabiqənin şərtlərinə görə, komandalar 48 saat ərzində  Slak və ZOOM proqramlarından istifadə etməklə bir araya gəlib, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar təqdim olunub.

 

Komandaların təqdimatları bitdikdən sonra qaliblər Virtual Hackathon müsabiqəsinin facebook səhifəsində canlı yayımda elan olunub.

 

Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının hazırladığı  “CoroWarner” proqramı layiq görülüb. “CoroWarner”  pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.

 

İkinci yerə AzTU komandasının hazırladığı "Kondor" dronu layiq görülüb. “Kondor” infeksiyasının yayıldığı dövrdə əhalinin tempaturunun alternetiv enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi, tibbi ləvazimatların təhlükəiz çatdırılması, ərazilərin və kənd təsərüffatı sahələrinin dərmanlanması üçün nəzərdə tutulub.

 

Üçüncü yerə Azərbaycan-Fransız Universitetinin hazırladığı (UFAZ) “Acedmy Azərbaycan” və Lənkəran Dövlət Universitetinin  ideyası olan “Relive” platformaları layiq görülüb.

 

“Akademiya Azərbaycan” təhsil saytıdır, müəllim və tələbələrin vitual ünsiyyəti üçün nəzərdə tutulub.

 

“Relive” portalı isə psixiloji yardım saytıdır, insanlara onlayn xidmət göstərəcək.

 

Hər iki portal xüsusi karantin müddədi bitdikdən sonra da fəaliyyətini davam etdirəcək.

 

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin (MDU) “Danışan ixtisas” portalı fərqlənən layihə olaraq dördüncü yerə layiq görülüb. “Danışan ixtisas”portalında tələbələr ixtisas fənlərini oxumaqla yanaşı, bədii qiraətlə də məşğul ola biləcək. Portal elektron kitabxana funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, qalib komandaların hər birinə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti veriləcək. Həmçinin müxtəlif hədiyyələr təqdim olunacaq. “CoroWarner” və “Kondor” layihəsinin prototipi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanacaq.