Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-29 11:17:00
Ucqar kənd müəllimi: “Ümid edirik ki, qəbul nəticələri zəif olmayacaq”

“Məktəbdə şagirdlərlə canlı ünsiyyətdə oluruq. Çətinliklərini görüb daha tez həll edirik. Qayğılarına qalırıq. Ona görə də məktəb müəllim üçün hər şeydir”

Bu fikirləri AzEdu.az-a onlayn dərslərin çətinliklərindən danışan Füzuli rayon Qazaxlar kənd tam orta məktəbin coğrafiya müəllimi Posu Ali Mansırlı deyib.

O, onlayn dərs keçə bilməmisinin səbəblərini açıqlayıb.

 


“Təəssüf ki, şagirdlərimdə smartfon telefonlar  və kompüter olmadığına görə onlayn dərs keçə bilmədim. İnternet paketlərin baha və sürətin zəif olması da valideynlərin telefonları ilə dərsləri keçməyə imkan vermədi. Sadəcə bir şagirdimlə abutriyent olduğu üçün “whatsapp” ilə dərsləri keçirəm.

Həmin məktəbdə II qrup üzrə 1 şagirdim hazırlaşır. Coğrafiyadan onu hazırlaşdırıram.  Əksər şagirdlər isə I və III qruplara hazırlaşır”.

 

Fənn müəlliminin fikrincə, indiki halda müəllimlər şagirdlərə tam  köməklik göstər bilmir.

 

“Bacardığımızı edirik. Çətinlik əsasən müəyyən faylları göndərən zaman olur. Bəzən  telefon həmin faylı açmır. Məcbur yazdırıram.  Bu da şagird üçün əlavə çətinlik yaradır.

Burada əsas məsuliyyət abutiriyentin üzərinə düşür. Çünki fərdi hazırlıq zamanı əlavə testlər işlədirdik və abutiriyentin nəticəsini daha yaxşı analiz edib ona uyğun hazırlığı qururduq. Bu vəziyyətdə abutiriyent  öz üzərində daha çox çalışmalıdır. Ümid edirik ki, nəticə istədiyimiz kimi olacaq”.

 

Posu müəllim valideynlərin də məktəblərin açılmasının təradarı olduqlarını bildirib.

“Təbii ki,   müəllimlərlə yanaşı, valideynlər də məktəblərin açılmasının tərəfdarıdırlar.  Valideynlərin fikrincə, onlayn  dərslər məktəbin yerini vermir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarına görə mayın 4-dən etibarən məktəblərin açılması nəzərdə tutulur.