Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 14:12:00
"Qayınana" filmi bu dəfə şagirdlərimizin təqdimatında - VİDEO

Səhnəmizin qayınanası, üzümüzdə gülüş yaradan,  Azərbaycanın məşhur aktrisası Nəsibə Zeynalovanı hər birimiz uşaqlığımızdan bəri sevə-sevə izləyirik.

Belə sənətkarları böyüməkdə olan nəslə tanıtmaq həm valideynlərin, həm də müəllimlərin mənəvi borcudur.

Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Gülçöhrə Xəlilovanın təşəbbüsü ilə 8A  sinfi  Nəsibə Zeynalovun baş rol oynadığı məşhur  “Qayınana” filmini səhnələşdirib.

Bu barədə AzEdu.az-a danışan Gülçöhrə müəllim  hər zaman şagirdlərimizin tariximizi,  mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yaxşı öyrənmələrinə  və unutmamalarına çalışdığını deyib.

Şagirdləri ilə birgə hazırladığı “Qayınana” filmindən səhnəciklər də məhz belə bir məqsədlə Nəsibə xanim Zeynalovanın xatirəsinə həsr olunub.

Hörmət və böyük ehtiramla anırıq.

AzEdu.az şagirdlərin təqdimatında səhnəciyi təqdim edir.