Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 17:18:00
Təhsil Nazirliyinin tədrisi ayaq üstə saxlayan önəmli addımları-Məktəb direktoru yazır

 

 

AzEdu.az Bakı şəhəri A. Məmmədov adına 38 saylı tam orta məktəbin direktoru Yaqut Əfəndiyevanın yazısını təqdim edir:

 

Dövlətimiz bu ağır günlərdə də təhsilin prioritet sahə olduğunu bir daha nümayiş etdirdi.

 

Pandemiya elan olunan koronovirus epidemiyası nə qədər təhlükəli xarakter alsa da xalqımızda belə bir inam və ümid var ki, vəziyyət nəzarət altındadır. İnanırıq ki, dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz bu təhlükənin də öhdəsindən gələcək. Prezidentimizin son müşavirədə dediyi kimi koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq.

 

Məlumdur ki, hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan və mövcud durumdan asılı olaraq dəyişir. Heç kəsə gizli deyil ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində xeyli mühüm addımlar atılıb.  Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

 

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb, kompleks və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb, xalqımız da öz növbəsində bu bəşəri bəladan mümkün qədər tez qurtulmaq üçün kifayət qədər lazımi dəstək, həmrəylik, mütəşəkkillik, dözümlülük nümayiş etdirir.

 

Dövlətimizin təhsilə diqqət və qayğısına arxalanan, təhsildə dövlət siyasətinin əsas qarantı olan Təhsil Nazirliyi elə ilk günlərdən  fövqəladə hadisələrlə bağlı  respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər barədə Nazirlər Kabinetinin  24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarını rəhbər tutaraq, təhsil müəssisələrində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil etdi.

 

Müəllim-şagird əlaqələrinin onlayn müstəvisinə keçirilməsi, video, qrafika, səs və digər multimedia vasitələrinin, elektron resursların, teledərslərin dövriyəyə buraxılması, əməkdaşlıq çərçivəsində “Virtual məktəb” layihəsinə start verilməsi,  vizuallaşdırılmış dərs formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, internet üzərindən bu kimi  ehtiyat mexanizmlərinə, mövcud olan  digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqları aradan qaldırmaq üçün lazımi imkan və şəraitin yaradılmasıı, vətəndaşa mənəvi dəstək rolunu oynayacaq  Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidmətinin fəaliyyətə başlaması, görüləcək işlər istiqamətində yeni addım olub,  təhsilə olan diqqət və qayğının bariz nümunəsidir.

 

Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı, Təhsil naziri Ceyhun Bayramovun  işçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir:  "Düşünürəm ki, məhz buna görə maaşların hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq" kimi bəyanatı isə mənəvi dəstəklə yanaşı həm də maddi dəstək kimi dəyərləndirilir. Valideynlər mütəmadi zəng edərək, bu kimi məsələlərin detalları ilə maraqlanır və məmnunluqlarını güzlətmirlər.

 

Mövcud durum bu gün bizdən daha yüksək əzmkarlıq göstərməyi və digərlərinə də nümunə olmağı tələb edir.