Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 13:06:00
"Situasiya tipli tapşırıqlar imtahandan çıxarılsın"-TƏKLİF

“Karantin rejimi bitəndən sonra həm orta, həm də ali məktəblərdə bir sıra islahatların olacağına ümid edirəm”.

 

Bu fikirləri koronavirusdan sonra tədris barədə AzEdu.az-a danışan orta məktəb müəllimi Orxan Əhmədov deyib

 

O, hazırda internet resurslarının  təhsilə faydasını da vurğualyıb.

 

“Sağlamlıqmı vacibdir, yoxsa dərsmi?

 

"Koronavirus indiyə qədər mövcud olan bəlaların hər birini üstələyib. Bütün bəşəriyyəti silkələyib. Heç Dünya Müharibələri bütün dünyanı bu qədər sarsmamışdı. Sağlamlıqmı vacibdir, yoxsa dərsmi? Əlbəttə ki, sağlamlıq. Sağlam can olmasa, insan heç nəyə nail ola bilməz.

 

Əvvəllər təhsil sistemində internetin istifadəsində digər ölkələrdən geridə qalırdıq. Koronavirusa görə internetin təhsil sistemində tətbiqi ümid edirəm ki, onlayn təhsil məsələsindəki qüsurumuzu düzəldəcək. Düzdür, videodərslər distant təhsil deyil, amma təhsil prosesinə faydası yüksəkdir”.

 

Orxan müəllimin fikrincə, Dövlət İmtahan Mərkəzi iki ay tədrisin olmadığını nəzərə alaraq abituriyentlərə bəzi güzəştlər etməli, situasiya tipli  suallar imtahana salınmamalıdır.

 

“Tez zamanda bu virusun dünyadan getməsini hər kəs arzu edir. Karantin rejimi bitəndən sonra həm orta, həm də ali məktəblərdə bir sıra islahatların olacağına ümid edirəm. Belə ki, mart və aprel ayları demək olar ki, dərs olmadı. Deməli, tədris proqramına müvafiq olaraq bu müddətə düşən mövzulardan ali məktəblərə hazırlaşan şagirdlərə imtahan zamanı sual verilməməlidir.

 

Düşünürəm ki, DİM bir neçə islahatlar və güzəştlər etməlidir. Sualların qoyuluşuna və çətinlik səviyyəsinə mütləq diqqət edilməlidir. Bundan əlavə situasiya tipli suallar olmamalı və açıq, qapalı suallarla əvəz edilməlidir. .Çünki bu tip sualların yoxlanması daha çox zaman alır. Bu isə nəticələrin elanına və tələbə olacaq şəxslərin yerləşdirilməsinə zaman baxımından mənfi təsir göstərəcək ki, bu da təxminən sentyabr ayına gəlib çıxa bilər.

 

Bundan əlavə imtahanların  müəllimlərin işə qəbul  müsabiqəsində (MİQ) olduğu kimi kompüter vasitəsi ilə olmağını təklif edirəm”.

 

“Ümumilikdə bu il qəbul imtahanlarının asan və sadə olacağına ümid edirəm”-deyə müəllim O. Əhmədov sözlərinə əlavə edib.