Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 15:45:00
Magistrantlar pedaqoji təcrübəni onlayn formada davam etdirirlər

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun I və II kurs magistrantları martın 29-dan başlayaraq dərslərini distant qaydada davam etdirirlər.

 

 AzEdu.az xəbər verir ki, müəssisədə "Arxeologiya və etnoqrafiya" istiqaməti üzrə 3, "Antropologiya" istiqaməti üzrə 2 tələbə distant təhsil alır.

 

Magistrantlar üçün “İslam arxeologiyası”, “Arxeologiyanın müasir problemləri”, “Azərbaycan etnoqrafiyası”, “Azərbaycanın azsaylı xalqları”, "Antropologiyanın müasir problemləri" və s. fənlər tədris olunur.

 

Eyni zamanda, "Arxeologiya və etnoqrafiya" ixtisaslaşması üzrə təhsil alan II kurs tələbələri pedaqoji təcrübəni onlayn formada davam etdirirlər.

 

İnstitut rəhbərliyinin, Tədris və beynəlxalq əlaqələr şöbəsinin nəzarəti altında həyata keçirilən distant tədris prosesi barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə mütəmadi olaraq məlumatlar verilir.