https://www.zirve.edu.az/
07.04.2020 13:59
UNEC-də onlayn təlim: təhsil, karyera, marketinq fürsətləri
Çap et

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Evdə qal”, “Təhsil, karyera, marketinq fürsətləri” mövzuları əsasında onlayn təlim keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, UNEC-dən bildirilib ki, Karyera Mərkəzinin direktoru Ramil Cabbarovun təqdimatı əsasında keçirilən onlayn təlimə 100-dən çox tələbə qoşulub.

 

Təlim zamanı vaxtın səmərəli idarə edilməsi üçün “Pomodoro” və “Eisenhower Matris” metodlarından, ABC prioritetlərdən, yeni biliklər qazanmaq üçün onlayn kurs və resurslardan, bu müddətdə dil bacarıqlarının inkişaf etdirilməsi üçün gündəlik planlaşdırmadan danışılıb.

 

Onlayn təlim tələbələrin xüsusi marağına səbəb olub.

 

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.