https://www.zirve.edu.az/
07.04.2020 13:47
Alimlər koronavirus xəstələrinin ağırlıq vəziyyəti ilə bağlı yeni metodika təklif etdilər - ARAŞDIRMA
Çap et

Alimlər koronavirusa yoluxmuş xəstənin səhhətinin nə dərəcədə ağır olduğunu təyin etməyə yardım göstərəcək yeni metodika təklifi irəli sürüblər.

 

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, Verona Universiteti və Padua Universiteti Xəstəxanasının tədqiqatçıları ABŞ-dan olan digər elm adamları ilə birlikdə koronavirus xəstələrində trombositlərin səviyyəsinə dair bir sıra elmi məqalələri təhlil ediblər.

 

Tədqiqat zamanı 339-u ağır vəziyyətdə olmuş 1 779 xəstənin tarixçəsi öyrənilib. Klinik testlərin göstəricilərini müqayisə edərək alimlər belə nəticəyə gəliblər ki, bədəndə trombosit sayı az olduqda koronavirusa yoluxan xəstələrin xəstəlik müddətini ağır keçirməsi və hətta ölüm riski artır.

 

Belə ki, trombositlərin sayı homeostaz sisteminin vəziyyətinin bəzi məqamlarını göstərə bilər. Homeostaz sisteminin funksiyası isə qanın maye vəziyyətini qorumaq, damarlarının divarlarına xəsarət aldıqda yaranan qanaxmanı dayandırmaq və qan laxtalarını həll etməkdir. Homeostaz sistemi pozulursa, bu, orqanizmdə nasazlığın və bütövlükdə onun fəaliyyətinin pisləşməsinin əlamətidir.