https://www.zirve.edu.az/
29.03.2020 11:20
Havada saatlarla, səthlərdə günlərlə yaşaya bilir- Koronavirusla bağlı YENİ ARAŞDIRMA
Çap et

Qlobal bəlaya çevirilən yeni koronavirusla bağlı daha bir araşdırma aparılıb. ABŞ-da aparılan araşdırmaya görə, nəfəslə havaya atılan koronavirus hissəcikləri havada saatlarla, səthlərdə isə hətta günlərlə yaşaya və yoluxucu ola bilir.

AzEdu.az xəbər verir ki, bu barədə "Reuters"-in yaydığı xəbərdə deyilir.

COVID-19-a 5200-dən çox yoluxmanın, 100-ə yaxın ölümün baş verdiyi ABŞ-dakı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) alimləri, koronavirusa yoluxmuş insanın nəfəsi ilə havaya atılan və bir sıra səthlərə hopan virusu tədqiq ediblər. Bunun üçün koronavirusa yoluxan şəxs öskürəndə və ya asqıranda meydana gələn mikroskopik damcıları toplayan aerozol cihazdan istifadə olunub.

"New England Journal of Medicine on Tuesday" da dərc olunan araşdırma nəticələrinə əsasən, xəstə öskürəndə və ya asqıranda nəfəs yollarından çıxan mikroorqanizmlər, havada xeyli canlı qalır və ən azı üç saat ərzində hava-damcı yolu ilə insanları yoluxdura bilir.

 

Plastik materialda və paslanmayan poladda virusun üç gün, kağız üzərində 24 saat,  mis üzərində cəmi 4 saat yaşadığı bildirilir.

 

Tədqiqat qrupu, virus hissəciklərinin təxminən yarısının havada ömrünü bir saat sonra başa vurduğunu açıqlayıb. Bir saatdan sonra virus hissəciklərinin ¾ -ü təsirsiz halda olur, 25%-i canlı qalır.

ABŞ-da aparılan başqa bir araşdırmaya görə, havaya atılan koronavirus hissəciklərinin üç saat sonra 12,5% -ə qədər canlı qalır. Paslanmayan poladda virus hissəciklərinin yarısı 5 saat 38 dəqiqə yaşaya bilir. Plastik kütlədə virusun yaşama dövrü 7 saata yaxın çəkir. Koronavirus hissəciklərinin yarısı kağız üzərində üç saat yarım, mis üzərində isə 46 dəqiqə yaşayır.