https://www.zirve.edu.az/
28.03.2020 16:53
  İnsan ömrünün uzunluğu saçının rəngi ilə əlaqəlidir
Çap et

Alimlər insan saçlarının rənginin onun ömrünün uzunluğu ilə əlaqəli olduğunu iddia edirlər.

 

AzEdu.az xəbər verir ki, Kembridc Universitetinin elm adamlarının sözlərinə görə, insanın ömrünün uzunluğu ilə saç rənginin əlaqəsi var. Araşdırmanı “Nature Communications” dərgisi nəşr edib.

 

Yüzminlərlə insanın genində aparılan araşdrımadan sonra alimlər belə qənaətə gəliblər ki, tünd rəngli saçları olan insanlarda cinsi yetkinlik daha əvvəl baş verir. Erkən yetkinlik isə müəyyən xəstəliklərin, məsələn, ürək-damar sistemi xəstəlikləri və 2-ci tip diabetin inkişaf riskini artırır.

 

Tədqiqat müəllifləri, saç rəngi və cinsi yetkinliyin hipofiz vəzi ilə əlaqəli olduğunu bildirirlər. Bu vəzin isə cinsi yetkinləşməni tənzimləyən və piqmentasiyaya təsir edən hormonları ifraz etdiyi bildirilir. (MediaPost)