Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-25 19:01:00
Rektor 1 aylıq maaşını KMDF-yə köçürdü

Bakı Ali Neft Məktəbinin (BANM) Rektoru Elmar Qasımov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulub. O, ölkə başçısının müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq əmək haqqını ianə edib.

 Bu barədə AzEdu.az-a BANM-dan bildirilib.

 Rektor bu yolla “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstəyini nümayiş etdirib.