Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 17:53:00
Bölgə universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat məbləğində vəsait köçürüb

 Lənkəran Dövlət Universiteti Elmi Şurasının növbədənkənar iclası keçirilib.

 AzEdu.az xəbər verir ki,onlayn formada keçirilən iclasın gündəliyinə bir məsələ çıxarılıb: “Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə daha yaxından kömək etmək məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına maliyyə vəsaitinin köçürülməsi haqqında”. İclasın gedişində fondun hesabına 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin köçürülməsi təklif edilib. Müzakirələrdən sonra təklif səsə qoyulub və iclas iştirakçıları təklifi bəyənərək, 20000 (iyirmi min) manat pul vəsaitinin universitetinn hesabından Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına köçürülməsinə yekdilliklə səs verib.

Qeyd edək ki, səsvermə də onlayn formada aparılıb.