https://www.zirve.edu.az/
22.03.2020 11:02
"Dərs vaxtı"nın 24 mart cədvəli
Çap et

Martın 24-də “Dərs vaxtı” proqramı çərçivəsində həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən start veriləcək.

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.