Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-20 11:28:00
“Xərclərimin 78.019 dollarını Massaçusets  institutu  öz üzərinə götürdü” – Abutalıb Namazov

 

 Bir neçə gün bundan öncə Azərbaycanı beynəlxalq olimpiadalarda uğurla təmsil edən qızıl medalçı Abutalıb Namazovun ABŞ-ın Massaçusets Texnologiya İnstitutundan təklif alması mətbuatda maraqla qarşılandı.

 

AzEdu.az xəbər verir ki, artıq qəbulun maliyyə şərtləri də məlum olub. Belə ki, soydaşımız demək olar ki, universitetin tam təqaüdünü alacaq:


“MİT-ə (Massachusetts Institute of Technology) qəbul olduğuma görə mənə təbrik yazan hər kəsə təşəkkür edirəm. Qəbulumun maliyyə detalları da açıldı. Tam təqaüd aldığımı deyə bilərəm.
İllik $83,419 məbləğində ümumi təhsil xərclərimdən $78,019-nu MİT öz üzərinə götürür. Buna 55 minlik təhsil haqqı, yataqxana, tibbi sığorta və s. daxildir. Mənə illik 5400 USD ödəniş və bəlli şəxsi xərclərim qalır. Öyrəndim ki, MİT xaricilərə 100 faizlik təqaüdü bu şəkildə verir. Daha detallı bilmirəm hələ bunları. Əsas odur ki, çox ciddi maliyyə dəstəyi əldə etmişəm”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları