https://www.zirve.edu.az/
17.03.2020 18:01
“Yeni Dünya Nizamı və onun mahiyyəti”
Çap et

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb.

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilən nəşrdə “Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdəarxası məqamları, böyük güclərin qlobal hegemonluq uğrunda apardıqları siyasə T tin məqsədi və bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yerinin necə olacağı ilə bağlı məsələlər təhlil edilib.

 

Tədqiqat predmeti kimi seçilən mövzunun araşdırılması müasir dünyada baş verən hadisələrin, problemlərin və geosiyasi oyunların anatomiyası verilib. Mövzu ilə bağlı aparılan araşdırma zamanı çox sayda yerli və xarici müəlliflərin əsərlərindən, eyni zamanda internet resurslarından əsas material kimi istifadə olunub. Faktiki materiallar əsasında problemin bəzi qaranlıq tərəfləri daha dərindən işıqlandırılıb.

 

Kitab müvafiq profil üzrə mütəxəssislər, beynəlxalq siyasətlə maraqlanan oxucular, ali məktəblərin Beynəlxalq münasibətlər və digər uyğun ixtisasları üzrə təhsil alan tələblər üçün nəzərdə tutulub.