https://www.zirve.edu.az/
17.03.2020 10:42
Məktəblərin təqribən 99 faizi karantinə riayət edir
Çap et

Yaponiyada dövlət məktəblərin təqribən 99, özəl məktəblərinin isə 98 faizi hökumətin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün dərsləri dayandırmaq çağırışına riayət edərək fəaliyyətlərini dayandırıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə yerli Kyodo agentliyi xəbər verib.

 

Eyni zamanda, bu gündən başlayaraq bir sıra məktəblər yeni növ koronavirusa yoluxma halları qeyd olunmadığı bölgələrdə məşğələləri bərpa ediblər. Bu, xüsusilə, ölkənin ən cənub prefekturası olan Okinava və Honsü adasında bəzi şəhərlərə aiddir. Bu barədə qərarlar onların yerli özünüidarəetmə orqanları tərəfindən qəbul edilir.

 

Təhsil, mədəniyyət, idman, elm və texnologiya Naziri Koiti Haqiuda Tokioda keçirilən mətbuat konfransında bildirib ki, hökumət aprel ayında başlayan yeni tədris ilində ölkə daxilində dərslərin bərpası üçün şərait yaradacaq.

 

Yaponiyada hazırda koronavirusa 1,5 mindən çox yoluxma halı qeydə alınıb, son gün ərzində onların sayı otuz nəfər artıb, 35 nəfər ölüb. Eyni zamanda, hökumət dəfələrlə bəyan edib ki, ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas görmür.