Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Ali Neft Məktəbində (BANM) təxirəsalınmaz tədbirlər davam etdirilir.
AzEdu.az-ın məlumatına görə, BANM-dan bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisəsində müvafiq profilaktik tədbirlərin effektivliyi yüksəldilib, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, BANM-in inzibati binası və tədris korpusu, tələbə yataqxanası növbəti dəfə “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən əsaslı surətdə dezinfeksiya edilib.
Aidiyyəti struktur bölmələrinə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.