Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 14:48:00
 Təkbaşına hazırlaşaraq, rekord nəticə göstərən Elnur: “Maliyyəm olmadığı üçün…”-FOTO

 

 

Ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələri fevralın 25-i elan edildi. İmtahanın nəticələrinə görə ölkə birincisi hesab olunan tələbələrdən biri də Elnur Nəsiblidir. Azərbaycan Dövlət Tibb Universitetinin məzunu Elnur qəbul imtahanında ən yüksək bal toplayan (95 bal) 2 tələbədən biridir.

Elnur imtahanla bağlı təəssüratını AzEdu.az-la bölüşüb:

Heç bir kursa getmədən özüm evdə hazırlaşmışam.

“Avqustdan  maksiumum nəticə üçün çalışırdım. 40-a qədər müxtəlif test bankları ilə işləyirdim. Şəmkir rayonunda yaşayıram. Heç bir kursa getmədən özüm hazırlaşmışam. 2015-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin “Əczaçılıq” fakültəsini bitirmişəm.

“Hazırlıq zamanı DİM-in test banklarından daha çox istifadə etdim. Çünki 80% baza bu cür formalaşır. Daha sonra müxtəlif kursların vəsaitlərindən yararlandım. Hazırlaşmağa başlayanda günə 100-200 test işləyirdim, getdikcə artırdım, 1000-dən artıq test işləməyə başladım”

“Proqramdan kənar heç bir sual salınmamışdı”

“Vaxt aparan, düşündürücü suallar idi. İngilis dili sualları çətiniydi. Sadəcə, mənim İELTS sertifikatım olduğu üçün rahatlıqla cavablaya bildim. Məntiq sualları orta səviyyəli idi. Cəmi 4-5 vaxt aparan sual varıydı”.

Evdə hazırlaşmasına baxmayaraq, ən çox bal toplayan iki tələbədən biri olan müsahibimiz gələcək təhsil planları barəsində bunları deyir:

“Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirməyi düşünürəm. Bakalavr pilləsini bitirdikdən sonra bir neçə nüfuzlu xarici universitetə qəbul olmuşam. Onlardan biri Kopenhagen” Universitetiydi. Ora daxil olmaq ən böyük uğurlarımdan biridir.  Maliyyə dəstəyi olmadığı üçün həmin universitetlərdə təhsil ala bilmədim”.

Firayə Allahverdiyeva