Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 15:45:00
Tələbələrin imtahan stressini ata bilmələrinə necə kömək etmək olar?-EFFEKTİV ÜSULLAR

Ürək döyüntüləri,əlin tərləməsi,lazımsız düşüncələr bütün bunlar imtahan həyəcanıdır.Stress və narahatlıq tələbələrin imtahanda diqqətlərinin cəmlənməsinə mane olur.Aparılan araşdırmalara görə, tələbələr stressi bir yük görmək yerinə ,ona dəstəkləyici bir təsir kimi baxsalar daha yaxşı olar. Reytinqin son dərəcə vacib olduğu imtahanlara daha həssas olan aşağı səviyyəli tələbələr üçün bu yazı təlimləri daha yaxşıdır.

 Dörd psixoloq Kristofer Rozek , Gerardo Ramirez, Rachel Fine, Sian Beilok bir il ərzində orta məktəbdə biologiya dərsləri alan 1175 tələbəni araşdırdılar və stresin vacib imtahan vermək qabiliyyətinə necə təsir etdiyini müşahidə etdilər. Aztəminatlı tələbələrin test narahatlığının öhdəsindən gələ bilmədikləri üçün qeyri-mütənasib əziyyət çəkdiklərini müşahidə etdilər.Şagirdləri mənfi düşüncələrdən qurtulmağa,duyğularını tənzimləməyə və stressi müsbət bir qüvvə olaraq şərh etməyə təşviq edən on dəqiqəlik yazı məşqləri daha yaxşı çıxış etmələrinə kömək etdi.

 İmtahan zamanı gərgin və narahatlq hiss edirsinizsə ,vücudunuzun reaksiyalarının əslində sizə nə qədər enerji verə biləcəyini və kömək edəcəyini düşünün. Yazma təlimləri tələbələr arasında bərabərliyə nail olmaq potensialı ilə dəyərli bir vasitə kimi görünür. Əlbəttə ki, xroniki stress ciddi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər,çünki diqqət və yaddaş fəaliyyətini artırır. Stress necə faydalı ola bilər?Tədqiqatçılar stressin ilk insanların həyatda qalması üçün mübarizədə mühüm rol oynadığını iddia edirlər. Deyirlər ki, stress təkcə təhdidləri müyyən etməyə kömək etmir, həmdə fürsətdən faydalanmağa imkan verir.Stressi mənfi hadisələrə cavab olaraq görürük, stressin olması diqqətimizi kəskinləşdirməyə kömək edir.

Rəviyyə Cəfərzadə