https://www.zirve.edu.az/
25.02.2020 17:40
Özünü dənizə ataraq intihar edən tələbənin müəllimi: “Atası ilə əlaqə saxladım  ki...”
Çap et

 

Ötən  gecə saat  2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşərək boğulub. Hadisənin intihar faktı olduğu dəqiqləşdirilib.

AzEdu.az xəbər verir ki, ölən şəxs 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə təhsil eksperti Elçin Əfəndinin vaxtilə universitetə hazırladığı abituriyent olub. O, hazırda Tibb Universitetində təhsil alırmış.

AzEdu.az-la üzüntüsünü  bölüşən Elçin Əfəndi onun indiyə qədər heç bir sıxıntısı olmadığını bildirib:

“ 2017-ci ildə Nəzakət tələbəm olub. Onun qəbul imtahanından yüksək bal toplaması üçün əlimdən gələni etdim. 667 bal toplayaraq həmin ili Tibb Universitetinə qəbul oldu.  İndiyə qədər  heç bir sıxıntı yox idi. Normal qaydada hazırlaşırdı.  Düzdür, əvvəllər qapalı idi, amma tədricən düzəldi.

Hətta iki həftə əvvəl Nəzakəti imtahanımıza dəvət  etmişdim. Zal nəzarətçisi idi. Mən adətən tələbələrimizi imtahanlara dəvət edirəm. Fikirləşirəm ki, tələbədilər, onlara maddi dəstək olmaq lazımdır. Həm imtahanda iştirak edib təcrübə qazanırdılar, həm də onlara maddi qarşılıq verirdim”

N.Rzayevanın sevdiyi oğlanla ailə qurmasına mane olduqları səbəbindən intihar etdiyi təxmin edilir. E. Əfəndi onun ölüm səbəbinə münasibət də bildirib:

“ Nəzakətin atası ilə telefonla əlaqə saxladım.Atası deyir ki, onlara  razılıq vermişdi.  İlk başda narazı olsalar da,  son məqamda razılığa gəliblər. Bildiyim qədərilə valideynləri Nəzakətin oxumasını, təhsilini bitirməsini istəyirmişlər. Qızın da fikrində Türkiyədə təhsilini davam etdirmək vardı.

 O, sevgilisi deyilən oğlan- Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da yaxşı futbolçudur. Rayonda da hörmətli uşaqdır”.

Qeyd edək ki, Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən N.Rzayevanın meyitinin axtarışı mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.