Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 11:50:00
Ümumi təhsildə mövcud vəziyyət və hədəflər barədə müzakirələr aparılıb

Fevralın 14-də Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyi aparatı əməkdaşlarının və yerli təhsili idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov çıxış edib. Sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə qurumlarına təklif və tövsiyələrini verib.

Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmilləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib.

Yekunda Təhsil Texnologiyaları Mərkəzi ilə tanışlıq olub.