Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 17:35:00
Kürdəmirdə məktəb tikintisinə 2 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

AzEdu.az xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.