![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_mukafatgg_157.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin dissertantı və “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Sərvinaz Hacıyeva Prezident İlham Əliyevin Sərəncamı ilə elm nominasiyası üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
BDU-dan AzEdu.az -a verilən məlumata görə, mükafat gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə verilib.
S.Hacıyeva 2016-2018-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasında magistratura pillələrində təhsil alıb. 2019-cu ildən BDU-nun Kimya fakültəsində Üzvi kimya ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirir. İlk elmi fəaliyyətinə BDU-nun Nanoaraşdırmalar Mərkəzində böyük laborant vəzifəsində başlayan S. Hacıyeva hazırda Kimya fakültəsinin “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışır.
Qeyd edək ki, S. Hacıyeva “Yeni makroheterotsiklik liqandların və müxtəlif nanohissəciklərin əsasında nanosupramolekulyar ansamblların sintezi və onların tibbdə və əczaçılıqda tətbiqi” mövzusunda elmi-tədqiqat işi aparır.
Məlumat üçün bildirək ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya ixtisası üzrə 2018-ci il məzunu Sabir Rüstəmov da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)