Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 09:00:00
Rezident olmaq istəyənlər bu fənlər üzrə imtahan verəcəklər-Qərar

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Yəni, ali təhsil müəssisəsinin  IV, V və VI kursunda təhsil alanlar bu il rezidenturaya qəbul müsabiqəsinin I mərhələsində iştirak edə bilərlər. III kurs tələbələri yalnız kursu tam başa vurduqdan sonra imtahan verə bilərlər.

Bəs, rezident olmaq istəyənlər I və II mərhələdə hansı fənlər üzrə imtahan verməlidirlər?

AzEdu.az məlumat verir ki, rezident olmaq istəyənlər I mərhələdə aşağıdakı baza fənlərinə hazırlaşmalıdırlar. Müalicə işi, Stomatologiya, Tibbi profilaktika – bütün istiqamətləri seçənlər I mərhələdə bu fənlərdən imtahan verirlər:

İnsan anatomiyası, Histologiya, İnsan fiziologiyası, Patologiya (patoloji anatomiya, patoloji fiziologiya), Mikrobiologiya, Farmakologiya, Biokimya

İkinci mərhələ üçün isə istiqamətlə üzrə aşağıdakı ixtisas fənləri nəzərdə tutulub.

Müalicə işi:

Daxili xəstəliklər - kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya.

Cərrahlıq - ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı,

Mamalıq və ginekologiya,

Uşaq xəstəlikləri - uşaq xəstəliklərinin propedevtikası, neonatologiya.

Stomatologiya

Terapevtik stomatologiya, Ortopedik stomatologiya, Üz-çənə cərrahiyyəsi, Uşaq stomatologiyası.

Tibbi profilaktika

Yoluxucu xəstəliklər, Gigiyena (ümumi gigiyena, kommunal gigiyena, qidalanma gigiyenası, əmək gigiyenası), Epidemiologiya.

Qeyd edək ki, müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır. Hazırda rezidenturaya qəbul olmaq üçün I mərhələdə 100 baldan 40 bal toplamaq lazımdır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları