Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 12:06:00
Dünyanın aparıcı alimləri koronavirusa qarşı mübarizə aparacaqlar

Ötən gün ərzində koronavirusa yeni yoluxma hallarının sayı əvvəlki günlərin analoji göstəricilərindən bir qədər az olub, lakin Dünya Səhiyyə Təşkilatı (DST) hesab edir ki, nikbinliyə əsas yoxdur. Son məlumatlara görə, Çində bu virusa 31 161 min adam yoluxub ki, onların da 636-sı ölüb.

AzEdu.az xəbər verir ki, ÇXR-in hüdudlarından kənarda, 24 ölkədə biri ölümlə nəticələnmiş 225 yoluxma faktı qeydə alınıb. DST-nin fövqəladə hallar üzrə direktoru Maykl Rayan yeni hallar barədə son məlumatları şərh edərək bildirib ki, xəstəlik ocağı hələ də pik nöqtəsindədir. O deyib: “Bəli, biz sevinirik ki, yeni yoluxma hallarının sayı ilk dəfə azalıb. Lakin hadisələrin sonrakı gedişini qabaqcadan görmək indi çox çətindir”.

DST-nin başçısı Tedros Hebreyesusun sözlərinə görə, yeni koronavirus barədə məlumat hələ çox azdır. O, fevralın 6-da mətbuat konfransında deyib: “Biz koronavirus ocağının mənbəyini, bu virusun təbii rezervuarının necə olduğunu bilmirik, infeksiyanın hansı yolla keçdiyi barədə təsəvvürümüz yoxdur və onun ağırlıq dərəcəsini qiymətləndirə bilmirik”.

Doktor Tedros hesab edir ki, virusun genomu öyrənilsə də, həkimlərin nə vaksinləri, nə də xəstəliyi müalicə etmək üçün vasitələri var. O deyib: “Məcazi mənada deyilsə, biz kölgə ilə mübarizə aparırıq. Biz bu virusa daha sərrast zərbə endirmək üçün onu üzə çıxarmalıyıq”.

DST-nin başçısı bu məqsədlə dünyanın aparıcı alimlərini Cenevrəyə, koronovirus mövzusunda ikigünlük xüsusi konfransa toplayır. Konfrans fevralın 11-12-də keçiriləcək. Forumun işində dünyanın, demək olar, bütün ölkələrinin nümayəndələri, internet əlaqəsi vasitəsilə bəzi ekspertlər iştirak edəcəklər.