Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 12:52:00
Müəllimlərin əmək müqaviləsinə xitamla bağlı zəruri fakt-Diqqətli olun

 

 

AzEdu.az mütəmadi olaraq müəllim, direktor namizədlər və digərlərini maraqlandıran mövzularda yazılar yayımlayır.

Müəllimlərin ən çox bilmək istədikləri isə məzuniyyət məsələləri ilə bağlıdır. Bunları bilmək direktorların işə qəbul müsabiqəsində iştirak edəcək namizədlər üçün də vacibdir.

Sual:

İşə müddətli müqavilə əsasında qəbul olunmuşam. Məzuniyyətdə olarkən müqavilənin vaxtı bitdi. Direktorun  əmək müqaviləmə xitam vermək kimi səlahiyyəti var?

Cavab:

AzEdu.az məlumat verir ki,  bu barədə məsələlər Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Maddəyə əsasən, müəllim müəyyən üzürlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra baxılmalıdır. Müəllim işə çıxdıqdan sonra, direktorun müəyyən etdiyi gündə, lakin müəllimin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş müqaviləyə xitam verilə bilər.

Qeyd edilən üzrlü səbəblərə isə əmək məzuniyyəti ilə yanaşı, xəstələnmə, ezamiyyət, habelə iş yeri və orta əmək haqqı saxlandığı hallar aiddir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları