![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_alim97_296.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ukraynalı alimlə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonağa rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti haqqında məlumat verib.
Sonra “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzinin” Ukrayna tərəfdən rəhbəri, doktor Taras Kavetski "Polimerlərdə və mürəkkəb birləşmələrdə ion – induksiyaedici proseslər" mövzusunda məruzə ilə çıxış edib. O, tərkibindəki atomların atom kütlələri nəzərəçarpacaq dərəcədə fərqli olan bəzi mürəkkəb birləşmələrdə defekt meydana gəlməsi ilə müqayisədə, az enerjili ionlarla şüalanan polimerlərdə qüsur meydana gəlməsi mexanizmlərinin ən vacib xüsusiyyətlərinin müəyyənləşdirilməsi problemlərindən geniş bəhs edib. Məruzəçi, həmçinin bu prosesləri öyrənmək üçün pozitron anihilyasiya spektroskopiyası metodlarından istifadənin xüsusiyyətlərini göstərib.
Məruzə görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb, professorlar Rövşən Xəlilov və Rauf Sərdarlınin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda birgə qrant layihələrinin və nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin hazırlanması üçün “Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzi” ilə RPİ, həmçinin Polşa və Ukrayna universitetləri arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)