Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 12:53:00
"Məktəblər bu nümunələr əsasında seçim edə bilərlər"- Nazir şagird forması haqqında

 “Əsas məqsəd məktəbli formalarının rahat yararlı olmasıdır”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib:

“Bütün ölkə üzrə vahid forma olması ilə bağlı məcburiyyət yoxdur. Hər məktəb daxilində bir forma müəyyənləşdirilə bilər. Təbii ki, standartlar,  gigiyena normalarına riayət olunmaqla müəyyənləşdirilməlidir. Reallıqda isə buna o qədər də diqqət edilmir. Buna görə də formalar üçün nümunələr olacaq. Məktəblər bu nümunələr əsasında seçim edə bilərlər. Bu standartlar daha çox istehsalçılar üçündür. Məktəb kollektiv və valideynlərlə  müzakirə apararaq formanı seçəcək. Məktəb nümunə əsasında hər hansı formanı uyğun hesab edirsə bunun üçün  məhdudiyyət qoyulmur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları