https://www.zirve.edu.az/
24.01.2020 16:05
Məktəblərdə  boş qalan vakant yerlərin siyahısı açıqlandı – Müəllimlərin diqqətinə  
Çap et

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir.

AzEdu.az xəbər verir ki, qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) TİPİİ-nin İnsan Resurları Mərkəzinin rəsmi "facebook" səhifəsinin rəylər bölməsinə qeyd edə bilərlər.

Qeyd edək ki, vakansiyalara müraciət üçün müddət 1 gündür.

Günel Yaşarqızı
Müəllifin digər yazıları