Azedu.az

Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar

Ali təhsil

24 İyul 2026, 10:12
Yüksək bal toplayan abituriyentlər ADNSU-da olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşdə Bakı və regionlardan məktəb və liseyləri bitirib qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər iştirak ediblər.

ADNSU-dan AzEdu.az-a bildirilib ki, rektor dosent Rüfət Əzizov abituriyentləri yüksək nəticə göstərmələri münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Görüş zamanı gələcəyin tələbələrinə universitetdə təhsil imkanları, ixtisaslar, maddi-texniki baza, tədris prosesi və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Suallar ADNSU-nun rektoru və universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.

Daha sonra abituriyentlər universitetin laboratoriyaları, muzeyləri, kompüter otaqları və kitabxanası ilə tanış olub, ADNSU-nun tədris və elmi infrastrukturu barədə yaxından məlumat əldə ediblər.

Rusiyadakı soydaşlarımıza xəbərdarlıq: Bunu etmək mümkün olmayacaq
Son xəbərlərDaha çox