https://www.zirve.edu.az/
24.01.2020 10:12
Kolleclərə qəbulla bağlı verilən suallar və cavabları-Vacib məqamlar

Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də  kolleclərə qəbulla bağlıdır.  Redaksiyamıza bununla bağlı çoxsaylı suallar ünvanlanır.

AzEdu.az şagirdlərə kömək məqsədilə bəzi sualları cavablandırır.

Sual: Əvvəlki ilin məzunlarının 11 illik bazada  kolleclərə qəbul imtahanı nə vaxt olacaq?

Cavab: Əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik bazada kolleclərə qəbul imtahanı eyni bir imtahandır. Həmin imtahan aprelin 26-da keçiriləcək.

Sual: Əvvəlki ilin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanları nə vaxt olacaq?

Cavab: Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 29-da, ikinci mərhələsi isə iyulun 5-də keçiriləcək.

 Sual: Şagird eyni vaxtda 11-ci sinif buraxılış imtahanından kollecə qəbul və 1-ci qrupa sənəd verə bilər?

Cavab: Bəli, şagird imtahanın nəticəsi ilə kolleclərə qəbul üçün sənəd  verə bilər.

Sual. V  qrupa sənəd verən məzunlar 26 apreldə nədən imtahan verəcək?

Cavab: V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul yenə də buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verəcəklər.

Sual.  2016-ci ildə tibb kollecini bitirmişəm.  Bu il birinci qrupa sənəd verəcəm. İmtahan hansı fənlərdən olur.

Cavab. Birinci mərhələ üzrə Azərbaycan dili, riyaziyyat və xarici dil, ikinci mərhələ üzrə isə kimya, fizika, riyaziyyat  fənnindən imtahan verməlisiz. Qeyd edək ki, buraxılış imtahanın nəticəsi iki il qüvvədə qaldığına görə əvvəlki ilin məzunları da universitlərə sənəd verərkən əvvəlki ilin məzunları ilə birlikdə imtahan verməldirlər. Birinci mərhələ üzrə imtahan  26 aprel tarixində keçiriləcək.

Sual: Kolleclərə qəbul zamanı attestat qiymətləri nəzərə alınır?

Cavab: Xeyr. Yalnız iki eyni bal toplayan namizədi fərqləndirmək üçün attestat qiymətləri nəzərə alına bilər.