Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-20 11:00:00
Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi

AzEdu.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı  sərgi açılıb.

Sərgidə “Azərbaycan terrorizmin caynağında” (Sülhiyyə Musaqızı), “Vətən yanğısı” (Budaq Budaqov), “Şəhidlər dağı” (Anar), “Şəhid idmançılar” (Dilqəm Quliyev), “Qara yanvar şəhidləri” (Qulu Kəngərli), “Azərbaycan Dövlət Neft Akademiyasının Yanvar şəhidləri” (Siyavuş Quliyev, İmran Cəfərzadə), “Dünyamızın 20 Yanvar faciəsi” (Haci Niftalı Şıxlar), “Mən şahidəm ki…” (Şakir Yaqubov), “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər” (Aydın Balayev, Rasim Mirzə), M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Şəhidlər” biblioqrafiyası, “Vətən ağrısı, torpaq yanğısı”, (Allahyar Xocalı), “Şəhidlər dastanı” (Abdulla Qurbani), Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan “20 Yanvar şəhidləri” və digər kitablar nümayiş olunub.

Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda yer alaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.

Sərgi yanvar ayının 30-dək davam edəcək.