Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-20 12:17:00
 “MATH Academy”-dən olimpiadaya hazırlaşanlar üçün əla fürsət – Yüksək nəticələrə tələsin

 

“MATH Academy” Respubika fənn olimpiadalarının ikinci mərhələsinin hazırlıqlarına start verib.

AzEdu.az xəbər verir ki, olimpiadanın ikinci mərhələsinin keçirilmə vaxtı hələlik Təhsil Nazirliyi tərəfindən açıqlanmayıb.

Lakin “MATH Academy” tədris mərkəzi  ikinci tura hazırlaşanlar üçün dərs proqramının hazırlığına start verib. Bütün fənlər üzrə hazırlıqlar başlanılıb və ikinci mərhələyə vəsiqə qazanan şagirdlər bununla bağlı müraciət edə bilərlər.

Olimpiada hazırlığına riyaziyyat, fizika, kimya, biologiya kimi fənnlər daxildir.

Hazırlıq mərkəzində  həmçinin,  YÖS imtahanlarına hazırlıq çox güclü şəkildə aparılmaqdadır.

Məlumat üçün bildirək ki, aprel və may aylarında YÖS-ə hazırlaşanları mərkəzdə əlavə dərslər gözləyir.

Qeyd edək ki, “MATH Academy” tədris mərkəzi  tək Azərbaycanda  deyil, Özbəkistan, İran, Türkiyə və bir çox ölkələrdə fərqli adlarla fəaliyyət göstərir. Əsas sloqanı “Study First Academy”-dir.

Mərkəzin fəaliyyəti fərqli ölkələrdə ortaq riyaziyyat tədrisi üzərində qurulub. Xidmətləri  təhsilə yönəlik istiqamətdədir. Əsas ağırlıq isə YÖS,ALES,İELTS və SAT hazırlığı üzrədir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları