Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 13:45:00
“Qırmızı Kitab"ın redaksiya heyətinin yeni tərkibi təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2019-cu il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin tərkibi təsdiq edilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, ötən müddət ərzində Rəyasət Heyətinin tərkibində bir sıra dəyişikliklərin baş verməsi redaksiya heyətinin tərkibinin də yenilənməsinə zərurət yaradıb.

Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin vəsatətinə əsasən, nəşrin III cildinin hazırlanması, bu işin icrasında AMEA-nın üzərinə düşən elmi-təşkilati, texniki və s. məsələlərin vaxtında və səmərəli həll edilməsi məqsədilə kitabın AMEA üzrə redaksiya heyətinin yeni tərkibi təsdiqlənib.

Yenilənmiş redaksiya heyəti tərəfindən Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanması nəzərdə tutulur.