![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_direk_869.jpg)
AzEdu.az izləyicilərin təhsilin bütün istiqamətləri üzrə suallarını cavablamaqda davam edir. Son zamanlar verilən suallardan biri də orta məktəbin təsərrüfat işləri üzrə direktor müavininin iş planının necə qurulması ilə bağlıdır.
Öncə: Təsərrüfat işləriüzrə direktor müavini kimdir?
Təsərrüfat işləri üzrə direktor müavini məktəbin təsərrüfat işlərinə rəhbərlik edən şəxsdir. O, təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir. Kabinet və sinif otaqlarının, idman zalının, yeməkxanadakı sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır. Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir. Məktəb binasının vaxtında təmir olunmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasına nəzarət edir.
Kimlər təsərrüfat işləri üzrə direktor müavini ola bilərlər?
Təsərrüfat işləri üzrə direktor müavininin ali və ya orta ixtisas təhsilli olması mütləqdir. Bu vəzifəyə yalnız 3 ildən yuxarı əmək stajı olanlar təyin edilə bilərlər.
O, hansı biliklərə sahib olmalıdır?
Təsərrüfat işləri üzrə müavin “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” qanunları, təsərrüfat xidməti üzrə işin təşkilini, xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını; binanın istismar olunmasının elmi əsaslarını, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarını mütləq bilməlidir.
İş planını necə qurmalı?
İş planının girişində “Filan ümumi təhsil müəssisənin təsərrüfat işləri üzrə direktor müavininin 2019-2020-ci tədris ili üçün fəaliyyət planı” yazılmalıdır.
Fəaliyyət planında görüləcək iş, onun məqsədi,formatı, birgə icra olunduğu qurum, icra müddəti göstərilməlidir. Burada əlavə, qeyd üçün blank da qoyula bilər. Görüləcək işlərin uyğun olaraq qruplaşdırılıb nömrələnməsi də yaxşı olardı.
Görüləcək işlər bölümünə isə əsasən bu tipdən olan fəaliyyətlər daxil edilir:
-Mühasibat(maliyyə) hesabatlarını tərtibindən əvvəl inventarizasiya aparılmasının təmin edilməsi;
-Təhlükəsizlik tədbirləri;
-Sanitar-gigiyenik qaydalara uyğun tədbirlərin görülməsi;
-Dövlət əmlakının qorunub saxlanması;
-İnvertar hesabatının aparılması;
Qeyd edək ki, müavinin əməkhaqqı isə direktorun vəzifə maaşından 20 faiz aşağı müəyyənləşdirilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)